Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Oxu.Az-ın məlumatına görə, Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.
Telefon danışığı zamanı Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyadakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Məlumata əsasən, S.Lavrov bildirib ki, ABŞ-ın Homs şəhəri yaxınlığındakı hərbi aerodroma hava zərbələri endirməsi Moskva və Ankaranın Suriyada böhranın nizamlanması səylərini sarsıdır.
“Tərəflər Xan-Şeyxunda baş verən hadisələrin obyektiv, qərəzsiz araşdırılması, həmçinin bundan əvvəl terror qruplaşmaları tərəfindən kimyəvi silahdan istifadə edilməsi hallarının öyrənilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.
Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyada sülhə nail olmaq üçün yeganə yol kimi danışıqların davamına alternativin olmadığını vurğulayıblar.
U.A.
www.oxu.az