Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Leonardo Di Kaprionun sevgilisi brilyant üzüyünü nümayiş etdirdi
Məşhur Hollivud aktyoru, Leonardo Di Kaprionun sevgilisi, model Vittoria Çeretti ürək formalı brilyant üzüyünü nümayiş etdirib.
Bu barədə Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir.
26 yaşlı Vittoria Çeretti və 49 yaşlı Leonardo Di Kaprio dostları ilə İtaliyada yaxtada dincəldikləri zaman paparatsilər onların fotolarını çəkiblər. Fotolarda modelin sol adsız barmağına ürək formalı brilyant üzük taxdığı əks olunub. Vittoria bikini, qara libas və gün eynəyində olub.
Xatırladaq ki, Leonardo Di Kaprionun model Vittoria Çeretti ilə eşq yaşadığına dair xəbərlər 2023-cü ilin mayında ortaya çıxıb. O zaman onlar Kannda gəzinti zamanı görüntüləniblər. Fevralın sonunda məşhurlar Los-Ancelesdə gəzərkən kameralara tuş gəliblər.
Modelin barmağındakı üzükdən sonra cütlüyün nişanlanmaları ilə bağlı dedi-qodular artıb. Lakin digər tərəfdən, insayderlərdən biri deyib ki, Di Kaprio hələ ciddi addıma hazır deyil.
"Leonardo Di Kaprio" teqi üzrə xəbərlər
- Dünyanın ən gözəl insanı bəlli oldu
- Hollivud qalmaqalı: Cici Hadid Leonardo Di Kaprio və Bredli Kuperin dostluğunu necə məhv etdi?
- Dueyn Conson həyatında iz qoymuş Havay mafiyası haqqında kitab yazacaq
- Di Kaprio Kaliforniyadakı yanğınlardan zərərçəkənlərə yardım üçün külli miqdarda pul bağışladı
- Reper Diddinin dostları yanğınlardan zərər çəkməyiblər: Təsadüf, yoxsa dəlil?