Ötən gecə ərzində Livanın cənubunda baş verən yaxın məsafəli toqquşmada on İsrail hərbçisi yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan üçünün vəziyyəti ağır, birinin durumu isə orta ağırdır. Məlumata görə digər 6 əsgər yüngül xəsarət alıb.
"Hərbçilər xəstəxanada tibbi yardım almaq üçün təxliyə ediliblər və bu barədə ailələrinə məlumat verilib", -deyə açıqlamada qeyd olunub.