İngiltərə Premyer Liqasının 33-cü turunun “Liverpul” və “Kristal Pelas” komandalarının qarşılaşdığı matç başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Liverpuldakı “Enfild” stadionunda baş tutub. Qarşılaşma qonaqların 1:0 hesablı gözlənilməz qələbəsi ilə başa çatıb.
14-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Ebereçi Ezenin Tayrik Miçellin ötürməsindən matçda yeganə qolunu vurub.
Qeyd edək ki, İngiltərə çempionatında 32 oyundan sonra 71 xal toplayan “Liverpul” üçüncü pillədə qərarlaşıb. “Kristal Pelas” isə İngiltərə Premyer Liqasında eyni sayda oyundan sonra 33 xal toplaya bilib və 14-cü yerdə qərarlaşıb.
Paralel keçirilən görüşdə iki London komandası qarşılaşıb. “Vest Hem” doğma meydanda “Fulhem”ə 0:2 hesabı ilə uduzub.
Hər iki qolu qonaqların braziliyalı yarımmüdafiəçisi Andreas Pereyra vurub. O, 9-cu və 72-ci dəqiqələrdə fərqlənib.
Bu görüşdən sonra “Fulhem” 33 oyundan sonra 42 xalla Premyer Liqanın turnir cədvəlində 12-ci pilləyə yüksəlib. Eyni sayda oyundan sonra “Vest Hem” səkkizinci yerdədir (48 xal).
Rəylər