Liviyanın Dərnə şəhərində daşqınlar nəticəsində ən azı 891 binaya ziyan dəyib.
Bu barədə Liviya Milli Birlik Hökumətinin təyin etdiyi xüsusi qrupdan məlumat yayılıb.
“Daha 211 bina qismən zədələnib, 398 bina isə palçıq altında qalıb”, - qrupun hesabatında deyilir.
Ümumilikdə, verilən məlumatlara görə, şəhərdəki binaların dörddə biri zədələnib.
Mənbə: gazeta.ru
Rəylər