Liviyanın Əl-Kubba şəhərində dalbadal baş verən üç terror aktı nəticəsində 47 nəfər ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 80 nəfər yaralanıb, onlardan 26-nın vəziyyəti ağır kimi qiymətləndirilir.
Partlayışlarla bağlı məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb. Terrorçular aktların Derna şəhərinə hava zərbələri endirilməsinə cavab olduğunu bildiriblər.
Qeyd edək ki, minalamış avtomobillər Əl-Kubba şəhər baş polis idarəsi, yanacaqdoldurma məntəqəsi və Liviya parlamentinin başçısının evinin yanında partladılıb.