İngiltərənin nəfəs problemi olan sakinlərinə həddindən fiziki yüklənmənin təhlükəli olması barədə xəbərdarlıq edilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, son günlərdə Britaniya adalarının cənubunda havanın yüksək səviyyədə çirklənməsi müşahidə edilir.
Buna görə, bir sıra London məktəblərində uşaqları küçəyə oynamağa buraxmırlar. Yüksək çirklənmə səviyyəsi havada Böyük Səhradan gələn narın qum dənələrinin və Avropa qitəsindən gələn avtomobil hisinin artması ilə bağlıdır.
Keçən ay Dünya Səhiyyə Təşkilatı bildirib ki, hər il havanın çirklənməsindən dünya üzrə yeddi milyon adam dünyasını dəyişir.