Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində yoldan keçənlərə hücum edən 47 yaşlı qadın polis tərəfindən saxlanılıb.
Oxu.Az bu barədə "Sky News"a istinadən xəbər verir.
"Qadın Kovent-Qarden rayonunda bir neçə nəfərə bıçaq xəsarətləri yetirdikdən sonra saxlanılıb", - deyə polisin bəyanatında bildirilib.
Hüquq-mühafizə orqanları hücumun səbəbinin psixi sağlamlıqla bağlı problemlər ola biləcəyini ehtimal edirlər.
Təcili tibbi yardım xidmətindən bildirilib ki, hadisə yerindən çağırış yerli vaxtla saat 12:29-da (Bakı vaxtı ilə 15:29-da) daxil olub. Həkimlər dörd kişiyə tibbi yardım göstəriblər. Onların hamısı xəstəxanaya çatdırılıb.