Londonda maçete ilə silahlanmış şəxs “Sony Music” ofisinin əməkdaşlarına hücum edib.
Oxu.Az xəbər verir ki, nəticədə iki nəfər yaralanıb.
Polis artıq həmin şəxsi saxlayıb. Hazırda hüquq-mühafizə orqanları hücumun motivlərini aydınlaşdırmağa çalışırlar.
