Britaniyanın yeni baş naziri Tereza Mey Londonun keçmiş meri Boris Consonu xarici işlər naziri təyin edilib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Conson Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının fəal tərəfdarı idi.
Referendumda uğurdan sonra, o baş nazir postuna əsas namizədlərdən biri sayılırdı, lakin Boris Conson namizədliyini irəli sürməkdən imtina etdi.