Belarus prezidenti Aleksandr Lukaşenko “Kupalye” və ya daha çox “Aleksandriya dostlarını toplayır” adlı bayram tədbirində iştirak edib.
Oxu.Az-ın “Naşa Niva” nəşrinə istinadən məlumatına görə, konsertdə dövlət başçısının yanında 21 yaşlı fotomodel Kristina Nevero görüntülənib.
Tədbir iyulun 8-də keçirilib. Belarus prezidentinin saytında dərc edilən fotodan da görünür ki, prezidentin sol tərəfində model Kristina əyləşib.
Nəşrin məlumatına görə, Nevero bu il Vitebsk Dövlət Texnologiya Universitetini bitirib. O, rəqslərlə məşğuldur və 2016-cı ildə Miss Yaz gözəllik müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, Aleksandr Lukaşenko 1975-ci ildə Qalina Rodionovna Jolneroviçlə ailə həyatı qurub, iki oğul atasıdır - Viktor və Dmitri.
S.B.
www.oxu.az