Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 24-də beynəlxalq bayker festivalında – 2016-cı ilin motomövsümünün bağlanışında iştirak edib.
Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, tədbir “Şöhrət kurqanı” memorial kompleksin yaxınlığında start götürüb.
Prezident motosikletdə baykerlər karvanının başında Kuqrandan idman sarayına qədər gəlib. O, bayramın müxtəlif meydançalarında, o cümlədən də Yol hərəkəti qaydaları barədə məlumat verilən uşaq meydançasında olub.
N.O.
www.oxu.az