Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” - Lukaşenkonun ofisindən bildirilib.
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb.Bu barədə Belarus prezidentinin mətbuat xidməti məluma...
Mənbə: TASS
Rəylər