Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qələbə günündə Moskvada ola bilməyəcək.
Dövlət başçısının sözlərini BELTA dərc edib, Oxu.Az xəbər verir.
O, bunu onunla izah edib ki, həmin gün Minskdə paradı qəbul edəcək.
Lukaşenko qeyd edib ki, mayın 9-da Minskdə “Moskvada olduğu kimi parad keçiriləcək”.
“Baş komandanın olmaması yolverilməzdir, paytaxta isə o qədər qoşun gətirilib ki, bu, prinsip etibarilə yolverilməzdir. Konstitusiyaya görə Belarusda ali baş komandan başqa heç kim paradı qəbul edə bilməz”, - deyə, Lukaşenko şənbə günü jurnalistlərə bildirib.