Hökumətə rublla deyil, dollarla ticarət etmək tapşırılıb, çünki biz enerji daşıyıcılarına görə rublla deyil, dollarla ödəniş aparırıq. Yeri gəlmişkən, bu, Rusiya hökumətinin işindəki çatışmazlıqdır. Onlarla elə işləmək və tələb etmək lazım idi ki, bizimlə dollar yaxud avro ilə hesablaşsınlar.
Oxu.Az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko cümə axşamı Minskdə, iqtisadiyyat məsələləri üzrə iclasda bildirib.
“Son vaxtlar mən tez-tez eşidirəm ki, bəs rus rublu çökdü, bizim ixracımızın 40%-i isə Rusiyaya gedir, biz zərər çəkirik. Amma nə etməli, bu gün belə tərəfdaşımız var. Ukraynada da vəziyyət belədir və o ölkə də, bizim tərəfdaşımızdır”, - deyə, Lukaşenko əlavə edib.
Belarus prezidenti belarus mallarına görə Rusiya ilə ya dollarda, ya da cari məzənnə ilə rublla ticarət aparmağı təklif edib:
“Bu gün Rusiyada bizim məhsulları alır və dollarla ödəniş edirlər. Əgər rublla ödəniş etsələr – deməli, bu, həmin günün, həmin saatın məzənnəsinə uyğun olmalıdır”.
Lukaşenkonun sözlərinə görə, Belarus hökuməti Rusiyadakı vəziyyətdən şikayətlənməməlidir:
“Biz istənilən vəziyyətdə yaşamalı və işləməliyik”.