LUKOİL-ın vitse-prezidenti Leonid Fedun hesab edir ki, dünya neftin bir bareli 30 dollara olduğu halda mövcud ola bilməz.
Oxu.Az xəbər verir ki, o, bu barədə TASS-a verdiyi müsahibəsində bildirib.
“Bazarı bundan sonra da aşağı çəkmək olar, amma iqtisadi nöqteyi-nəzərdən bunun artıq mənası yoxdur. Bu, alverçilərin nöqteyi-nəzərindəndir. Texnologiya nöqteyi-nəzərindən dünya neftin bir bareli 30 dollara olanda mövcud ola bilməz. Bu neft yetərli olmayacaq”, - o izah edib.
LUKOİL-ın nümayəndəsinin fikrincə neftin qiymətləri artacaq, amma bu yalnız OPEK təşkilata daxil olan ölkələrin bazarda öz paylarını müdafiə edə biləcəyindən əmin olduqdan sonra baş verəcək. O, həmçinin İranın bazara çıxaraq hamını “neftə qərq edəcəyi” barədə gözləntiləri də əsaslandırılmış hesab etmir.
“Bir sürü investorun heyvan instinkti ilə irəli-geri hərəkət etdiyi zamanda qiyməti proqnozlaşdırmaq mümkün deyil”, Fedun sözünü yekunlaşdırıb.
Keçən həftə yanvar ayının 20-də LUKOİL-ın prezidenti Vahid Ələkbərov bəyan edib ki, neftin 2016-cı ildə qiyməti bir barel üçün 30 dollar olacaq.
Onun fikrincə, neftin qiymətinin bir barel üçün 30 dollardan aşağı düşəcəyi halda neft hasil edən layihələrin dayanması prosesi başlayacaq.