"LUKOIL" şirkətə qarşı sanksiyalar səbəbindən xarici aktivlərini satmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
"LUKOIL" bir sıra ölkələrin şirkətə və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi səbəbindən beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu elan edir. Potensial alıcıların müraciətlərinə baxılmasına başlanılıb", - bəyanatda deyilir.