Lüksemburqun sabiq dövlət rəhbəri Böyük Hersoq Janın vəfat etməsi ilə əlaqədar ölkədə 12 günlük matəm elan edilib.
Lüksemburqun Baş naziri Ksavye Bettel bildirib ki, bu müddət dünyanın müxtəlif ölkələrindən gələn insanlara dəfn mərasimində iştirak etməyə imkan verəcək.
Böyük Hersoq Janın dəfn mərasimi mayın 4-də keçiriləcək.