Lüksemburqun baş naziri Ksavye Bettel Avropa Birliyində təkcinsli nikaha girən ilk hökümət başçısı oldu.
Oxu.Az xarici KİV-ə istinadən xəbər evrir ki, 42 yaşlı siyasətçi 2010-cu ildə tanış olduğu belçikalı memar Qotye Destene ilə münasibətlərini rəsmiləşdirib.
Lüksemburqun bələdiyyə binasında keçirilən nikah mərasimində 100-ə yaxın qonaq, o cümlədən, Belçikanın baş naziri Şarl Mişel də iştirak edib.
Qeyd edək ki, Lüksemburqun deputatlar palatası tərəfindən ötən ilin iyun ayında qəbul edilmiş homoseksuallar arasında nikahların rəsmiləşdirilməsi haqqında qanun 1 yanvar 2015-ci il tarixdən qüvvəyə minib.