Ukraynanın Luqansk vilayətinin bir hissəsinə nəzarət edən separatçıların yaratdığı qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri Valeri Bolotov istefa verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, V.Bolotov müvəqqəti olaraq öz vəzifəsini tərk etdiyini açıqlayıb:
“Mən Luqansk Xalq Respublikasının rəhbəri vəzifəsindən müvəqqəti getmək qərarına gəlmişəm. Aldığım yara tam gücümlə işləməyimə imkan vermir”.
V.Bolotov cəbhəni tərk etməyəcəyini də əlavə edib.
Qeyd edək ki, V.Bolotov bu ilin may ayında güllə yarası alıb.