Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkiyədə müalicə alan azərbaycanlı əsgərlərə baş çəkib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Cəmil Çiçək diversiya-təxribat cəhdləri və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərimizin tez bir zamanda sağalmasını diləyib.
TBMM sədri həkimlərə müvafiq göstərişlər verib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqınları nəticəsində bir neçə əsgərimiz yaralanmışdı. Yaralanan əsgərlərimizdən üçü avqustun 9-dan müalicələrini Türkiyədə davam etdirirlər. Erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə basqını zamanı qarşı tərəf xeyli itki verərək geri çəkilmişdi.