Ukrayna milli təhlükəsizlik və müdafiə spikeri Andrey Lısenko bəyan edib ki, Luqanskın mərkəz rayonlarında küçə döyüşləri gedir.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Ukraynanın İCTV telekanalının efirində yayımlanan “Svoboda slova” proqramında o, Ukrayna ordusunun bəzi bölüklərinin artıq şəhərin mərkəzində olmasını qeyd edib.
Daha öncə, bazar ertəsi Luqansk vilayətində qaçqınların olduğu avtomobil karvanı atəşə tutulub.
Ukrayna hakimiyyətinin Antiterror əməliyyatı komandanlığının nümayəndəsi atışmada separatçıları günahlandırıb. Onlar isə öz növbəsində, bu zərbəni endirəcək hərbi imkana malik olmadıqlarını bəyan ediblər.