Qasırğalı külək Macarıstanda onminlərlə insanı işıqsız qoyub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat verib.
Qeyd olunub ki, iyulun 7-dən 8-nə keçən gecə ölkədə son 30 ildə ən böyük elektrik enerjisinin kəsilməsi baş verib.
"Dünən gecə baş verən tufan ölkəyə ciddi ziyan vurub. 366 min ev işıqsız qalıb, lakin bu gün səhərə qədər biz bu rəqəmi 50 minə endirə bildik. Elektrik təchizatı şirkətləri problemlərin aradan qaldırılması üçün fasiləsiz işləyirlər", - deyə Macarıstanın Baş naziri Viktor Orban "Facebook" hesabında yazıb.