Macarıstanın cənubunda yük maşını toqquşduğu qatarı relsdən çıxarıb.
Hadisə Mindszent şəhərində baş verib. Belə ki, pikap 22 sərnişini daşıyan qatarın yoluna çıxıb.
Qəza nəticəsində azı yeddi nəfər ölüb, on nəfər yaralanıb. Əraziyə helikopterlər, xilasedicilər və polislər cəlb ediliblər. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Mənbə: Police.hu