Madaqaskarda etirazçıları dəstəkləyən bir qrup hərbçi hakimiyyəti ələ keçirdiklərini və bütün keçmiş idarəetmə orqanlarını ləğv etdiklərini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, parlament ölkə Prezident Andri Radzuelinanın hakimiyyətdən uzaqlaşdırılması barədə qərar qəbul edib. Bundan sonra səsvermənin etibarlılığı Madaqaskarın Ali Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.
Madaqaskar Prezidenti Andri Radzuelina ölkədə iğtişaşlar fonunda parlamentin aşağı palatasının buraxıldığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Bildirilir ki, o bu qərarı milli assambleyada hakimiyyətdən kənarlaşdırılması ilə bağlı səsverməyə hazırlıq işlərinin getməsi ilə əlaqədar qəbul edib.
Xəbər verildiyi kimi, Prezident Radzuelina həyatına qəsd ediləcəyi qorxusu ilə oktyabrın 12-də ölkəsini Fransaya məxsus hərbi təyyarədə tərk edib. Onun təxliyəsi Fransa prezidenti Emmanuel Makron tərəfindən təşkil edilib. Lakin Fransa hakimiyyəti bildirib ki, Madaqaskardakı vəziyyətə müdaxilə etməyəcək
Radzuelina sosial şəbəkədə xalqa müraciətində bəyan edib ki, Madaqaskarın məhv edilməsinə imkan verməyəcək. O, ölkədəki böhranın həlli üçün konstitusiyaya hörmət etməyə çağırıb. Prezident hazırda harada olduğunu açıqlamayıb.
Madaqaskarda hökumət əleyhinə kütləvi etirazlar ötən şənbə günü böhran həddə çatıb.
Ölkənin elit hərbi bölməsi də etirazçılara qoşularaq Radzuelinanı və hökuməti istefa verməyə çağırıb.