Ölkə başçısının öz vətəndaşlarına və qonşularına yalan danışmağı böyük səhvdir. Vladimir Putinin öz vətəndaşlarının XXI əsrdə düşüncə qabiliyyətini qiymətləndirməsi tərzi mat qoyur.
Oxu.Az xəbər verir ki, bu barədə Delfi portalına ABŞ sabiq dövlət katibi Madlen Olbrayt bildirib.
“ABŞ buna ictimai diplomatiya ilə cavab verir, amma mən bəzən Rusiya televiziyasına baxıram, və məni bu yalan şok edir, bu vətəndaşlara və başqa insanlara qarşı hörmətsizlikdir. Mən Rusiya təxribatına mat qalmışam, bu, SSRİ vaxtlarını və “soyuq müharibə” apogeyasını xatırladır”, - o əlavə edib.
Ukraynanı Madlen Olbrayt “uğurlu və beynəlxalq standartlara uyğun təşkil olunmuş seçkilərə görə” tərifləyib və ABŞ-ın “Ukraynaya silah çatdırmalıdırmı?” sualından məharətlə yayınıb.
Rusiyanın gələcəyi haqqında suallara cavab verərkən Olbrayt Putinin strategiyasını “uzaqgörən olmayan” və “təhlükəli” adlandırıb.
“Mən dəfələrlə demişəm ki, onun SSRİ-nin süqutunun XX əsrin ən böyük faciəsi olması sözləri şok edir. O, bunu necə deyir, axı iki dünya müharibəsində XX əsrdə milyonlarla rusiyalı ölüb?! Deyəsən, o, paralel dünyada yaşayır. Rusiyanın sakinlərinə yazığım gəlir, onlar daha yaxşı rəhbərə layiqdirlər”, - Olbrayt deyib.