İspaniyanın paytaxtı yaxınlığında kimyəvi şirkətin binasında baş verən güclü partlayış və yanğın nəticəsində ən azı beş nəfər zərər çəkib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Requimsa” müəssisəsi Madridin Arqand-del-Rey bələdiyyəsində yerləşir. Ölənlər haqqında məlumat yoxdur. Hazırda partlayış ərazisində yanğın baş verib.
Təhlükəsizlik nöqteyi-nəzərindən hadisə yerinə yaxın ərazidə yerləşən, bir neçə tədris mərkəzləri təxliyə edilib. Partlayışın səbəbləri hələlik aydınlaşdırılmayıb.
N.О.
www.oxu.az