Venesuela prezidenti Nikolas Maduro deyib ki, ABŞ prezidenti Donald Tramp onun ölüm əmrini verib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Maduro Venesuela xalqının onu qoruduğunu bildirib.
“Tramp məni öldürmək üçün Kolumbiya hökuməti və Kolumbiya mafiyasına əmr verib. Mənə nəsə olsa, buna görə məsuliyyəti Tramp və Kolumbiya prezidenti İvan Duque daşıyır. Məni Venesuela xalqı qoruyur”, - o əlavə edib.
Samir İsayev
Rəylər