Venesuelaya dəniz yolu ilə daxil olmaq istəyərkən saxlanılan şəxslərin arasında iki ABŞ vətəndaşı var. Onlar Ağ Evin rəhbəri Donald Trampın şəxsi mühafizəsinin əməkdaşlarıdır.
“RİA Novosti”nin məlumatına görə, bunu Venesuela Prezidenti Nikolas Maduro “Twitter” hesabında bildirib.
Bundan əvvəl Maduro Kolumbiya tərəfindən ölkəyə daxil olmaq istəyən muzdluların və terrorçuların onun həyatına sui-qəsd planlaşdırdıqlarını bildirmişdi.
Qeyd edək ki, mayın 3-də Kolumbiyadan olan muzdlular sürətli katerlərlə dəniz yolu ilə ölkə ərazisinə girməyə cəhd ediblər. Çevriliş törətmək istəyən şəxslər saxlanılıb.