Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maduro Trampla görüşmək istəyir
Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampla görüşməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə Latın Amerikası ölkələrinin mediası Venesuela xarici işlər naziri Xorxe Arreasuya istinadən məlumat yayıb.
“Ölkələrimiz arasındakı münasibətlərin sülhpərvər olması üçün hətta şeytanın özü ilə görüşmək lazım olsa belə, bunu edəcəyik”, - deyə nazir vurğulayıb.
O həmçinin bildirib ki, dolayı yolla Vaşinqton Maduronun hakimiyyətini tanıyır, çünki ABŞ mütamadi olaraq Venesuela Xarici İşlər Nazirliyi ilə diplomatik nota mübadiləsini həyata keçirir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər