Rusiya paytaxtında mağazaya maçete ilə hücum edən şəxsin saxlanılma anı müşahidə kameraları tərəfindən qeydə alınıb.
Video REN TV tərəfindən yayımlanıb.
Kadrlarda onun 10-a yaxın asayiş keşikçisi tərəfindən saxlanılma anları əks olunub.
Hücumçu müqavimət göstərərək, polislərə maçete ilə hədə-qorxu gəlib. Hüquq mühafizəçiləri də tabel silahından istifadə etməli olublar.