Dağıstanın paytaxtı Mahaqçqalada Federal Təhlükəsizlik Xidmətinin baş idarəsinin binasında yanğın baş verib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, tüstü və alov o qədər güclüdür ki, şəhərin müxtəlif rayonlarından da görünür.
Yerli hüquq-mühafizə orqanları sosial şəbəkədə bununla bağlı yayılan məlumatı təsdiq ediblər.
Ancaq insidentin səbəbi, həlak olan, yaxud xəsarət alanlarla bağlı hələ ki mılumat verilmir.
