Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mahir Emreli Rusiya klubuna keçə bilər
“Rusiyanın “Rubin” (Kazan) klubu Zaqrebin “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emreli ilə maraqlanır”.
Bunu futbol agenti Ramil Adıgözəlov deyib.
“Hazırda “Rubin” Emreli ilə fəal şəkildə maraqlanır. Rusiya çempionatında qol vurmaq çətin olsa da, hər iki tərəf üçün yaxşı anlaşma olardı. Emreli Türkiyədə yaxşı tanınır, orada “Konyaspor”da çıxış edib. Bilirəm ki, “Qaziantepspor” onunla maraqlanıb, “Rakuva” da ona maraq göstərib, amma bu sadəcə danışıqlar üzərində qaldı”, - deyə o bildirib.
Qeyd edək ki, 26 yaşlı Emreli Azərbaycan millisinin heyətində 45 oyun keçirib, bu oyunlarda o, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
“Rubin” Rusiya Premyer Liqasının (RPL) 18 turundan sonra 28 xal toplayıb və turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Rusiya çempionatı 2024-cü ilin martında fasilədən sonra bərpa olunacaq.
Mənbə: gazeta.ru