Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mahir Emreli uzun müddət yaşıl meydanlardan kənarda qalacaq? - YENİLƏNİB
Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.
“Report”un əldə etdiyi məlumata görə, “Roqaşka”ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçında xəsarət alan 26 yaşlı hücumçunun əzələsində problem aşkarlanmayıb.
Ultrasəs müayinəsinə əsasən, forvard diz bağlarındakı zədəyə görə 6-8 həftəlik müalicə almalı olacaq.
Emreli sabah Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək.
Qeyd edək ki, 2022-ci ildən Zaqreb təmsilçisində çıxış edən Mahir Emrelinin klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
09:16
Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli ciddi zədə alıb.
“Sportklub.n1info.hr” saytının məlumatına görə, 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində Sloveniyanın “Roqaşka” komandasına qarşı keçirilən yoxlama görüşündə zədələnib.
Emreli bu səbəbdən qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənib. Baş məşqçi Sergey Yakiroviç onun zədəsinin ciddi olduğunu açıqlayıb. Mütəxəssis forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu, bu üzdən uzun müddət kollektivdən kənarda qalacağını söyləyib.
Millimizin üzvü ilə bağlı son qərar Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçdikdən sonra veriləcək. Ancaq onun, hətta mövsümü başa vurmaq ehtimalı da istisna edilmir.
Qeyd edək ki, “Dinamo” “Roqaşka”nı 1:0 hesabı ilə məğlub edib.