2005-2013-cü illərdə İran prezidenti olmuş Mahmud Əhmədinejad İran prezidentliyinə namizədliyini irəli sürdüyünü rəsmi olaraq açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, aprel ayının 12-də Mahmud Əhmədinejadın iki sabiq vitse-prezidenti işləmiş Həmid Bəqayi və Masud Zarifban da namizədliklərini irəli sürüblər.
Qeyd edək ki, İranda növbəti prezident seçkisinin bu il mayın 19-da keçirilməsi planlaşdırılıb.
N.О.
www.oxu.az