Fransa prezidenti Emmanuel Makron Çinə səfəri zamanı ÇXR sədri Si Cinpinə at hədiyyə edəcək.
Oxu.Az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan yanvarın 8-də keçirilən brifinqdə bildirib.
Makronun səfərinin həm Çin, həm də Fransa üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Lu Kan hədiyyə barədə məlumatı da təsdiqləyib:
“Deyilənlər doğrudur, prezident Emmanuel Makron ÇXR sədri Si Cinpinə dövlət hədiyyəsi qismində at bağışlamağa hazırlaşır. Biz bu dostluq jestinə görə Fransa tərəfinə minnətdarıq”.
Fransız mətbuatı xəbər verir ki, Makronun hədiyyə olaraq seçdiyi at artıq Çinə gətirilib və orada karantindən keçirilir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az