Rəsmi Paris Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq qurmalıdır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron fransalı səfirlərlə görüşü zamanı deyib.
“Bizə Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq lazımdır ki, onların Avropa ilə əməkdaşlığını təmin edək”, - Makron deyib.
Türkiyədən danışan pezident qeyd edib ki, strateji tərəfdaşlıq Ankaranın Avropa İttifaqına qoşulması anlamına gəlmir.
Makron Rusiya və Türkiyə ilə “yeni növ münasibətlərin” qurulmasına çağırıb. O bildirib ki, bunlarla yanaşı, bu ölkələrdə baş verənləri də nəzərə almaq lazımdır.
“Ərdoğanın prezidentliyi zamanında olan Türkiyə Atatürkün vaxtlarında olan Türkiyə deyil”, - Fransa prezidenti qeyd edib.