Fransa Prezidenti Emmanuel Makron ölkədə evtanaziyanın leqallaşdırılması haqqında qanun imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rəsmi qəzet olan "Journal Officiel"də dərc olunmuş sənədin mətnində bildirilib.
Təşəbbüs iyulun ortalarında parlament tərəfindən təsdiqlənib, avqustun 14-də isə konstitusiyaya uyğun qəbul edilib.
"Respublika prezidenti bu qanunu təsdiqlədi", - deyə sənəddə qeyd edilib.
Evtanaziya ağır sağalmaz xəstəlikdən əziyyət çəkən, xəstəliyin gec və ya son mərhələsində olan və xəstəliyin həyata təhlükə yaratdığı yetkin xəstələr üçün mümkün olacaq. Prosedur hüququ o şərtlərdə təmin edilir ki, insanın ağrı və əzablarının müalicə ilə aradan qaldırılması mümkün olmasın və ya müalicə dayandırıldığı təqdirdə dözülməz hala gəlsin. Bu hüquqdan yetkinlər - Fransa vətəndaşları və ya ölkədə daimi və qanuni əsaslarda yaşayan əcnəbilər istifadə edə bilərlər.