Fransanın prezidenti Emmanuel Makron Parisin Tehranla birgə Vaşinqtona qarşı çıxmayacağını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz İranın ABŞ-a qarşı müttəfiqi olmayacağıq...Bu böyük səhv olar. Biz hamı ilə münasibət qururuq”, - deyə Makron vurğulayıb.
Makronun sözlərinə görə, Fransa regionada qarşılıqlı etibarlı dialoq qurmaq niyyətindədir.
Makron İrana görə ABŞ-a qarşı sanskiya müharibəsi aparmayacağını diqqətə çatdırıb.
F.M.
www.oxu.az