Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Makronun reytinqi rekord həddə düşüb
Fransa sakinlərinin dörddə üçü ölkə Prezidenti Emmanuel Makrondan narazılığını bildirib.
Oxu.Az xəbər verir ki, bunu "Ifop"un "Journal du Dimanche" qəzeti üçün keçirdiyi sorğunun nəticələri sübut edir.
Nəşr qeyd edir ki, 2018-ci ilin dekabrında "Sarı jiletlilər" böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra heç vaxt prezidentin populyarlıq reytinqi 25%-ə enməyib və ya ondan narazılıq reytinqi 75%-ə yüksəlməyib.
Bildirilir ki, Makron əsasən "onu korlayan eqosu", həmçinin "parlamentin fiaskosunda" günahlandırılır.
"Ifop" sorğusu göstərib ki, fransızların 55%-i Baş nazir Mişel Barnyedən də narazıdır, baxmayaraq ki, onun hökuməti hələ fəaliyyətə başlamayıb.
Sorğu sentyabrın 11-dən 20-dək 2098 nəfərin iştirakı ilə aparılıb.
Rəylər