Malaziyanın “Boinq” sərnişin təyyarəsi 227 nəfər sərnişinlə radarlardan itib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Malaziya Hava Yolları aviaşirkəti bildirib ki, 227 nəfər şərnişin daşıyan “Boinq”lə əlaqə itib.
Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindən Pekinə uçan layner, artıq 6 saatdan artıqdır ki, radioəlaqələrə cavab vermir.
“Boin 777-200” təyyarəsi MN370 nömrəsi altında uçuş keçirirdi. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 nəfər ekipaj üzvü var . Təyyarə Kuala-Lumpur şəhərindən yerli vaxtla saat 00:41-də yola düşüb. Yola düşdükdən 2 saat sonra təyyarə ilə əlaqə kəsilib. Çinin “Sinxua” agentliyinin məlumatına görə, hadisə Vyetnam ərazisində olarkən baş verib.
“Boing” saat 06:30 da Pekinə eniş etməli idi. Amma, Çin hava ərazisinə təyyarə daxil olmayıb.