Malayziyanın paytaxtı Kuala-Lumpurdan 50 km şimalda yerləşən turist düşərgəsində torpaq sürüşməsi nəticəsində azı 16 nəfər ölüb.
17 nəfərin taleyi isə hələlik məlum deyil.
Hadisə zamanı düşərgədə ümumilikdə 94 nəfər olub, 53 nəfər xilas edilib, onlardan yeddisi xəstəxanaya yerləşdirilib.
10:04
Səhər saatlarında Malayziyada ferma və düşərgə yerləşən ərazidə torpaq sürüşməsi baş verib.
Kuala-Lumpurun kənarındakı Selanqor ştatında düşərgədə iki nəfər ölüb, 50-dən çox insan itkin düşüb. 79 nəfər xəsarət alıb, 23 nəfər xilas edilib.
Axtarış-xilasetmə xidmətləri sağ qalanların axtarışı üçün ərazidə işləyirlər.
Sürüşmə düşərgənin 30 metr hündürlüyündə başlayıb və təxminən bir hektar ərazini əhatə edib.
Mənbə: CNN