İslamçı yaraqlılar olduğu ehtimal edilən bir qrup naməlum şəxs Malinin mərkəzi hissəsində Niono şəhərində həbsxanaya hücum ediblər və bütün məhkumları azad ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Reuter agentliyi ordu nümayəndəsi Dyarran Koneyə istinadən xəbər verir.
Hücum bazar ertəsi gecə saatlarında baş verib. Həbsxanada neçə məhkumun olduğu barədə məlumat verilmir.
N.O.
www.oxu.az