Mançester polisi stadionda baş vermiş terror aktında şübhəli bilinən 10-cu adamı saxlaması barədə “Twitter”də xəbər yayıb.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, həmin şəxs Moss-Sayd zonasında saxlanılıb.
“Bu gün səhər biz Moss-Sayd zonasında bir kişini saxladıq. Bu, “Mençester arena”dakı hücumla bağlıdır”, – deyə xəbərdə bildirilir.
Polisdən bildirilib ki, təhqiqatın gedişində 10 nəfər saxlanılıb. Lakin onlardan ikisi – kişi və qadın ittiham elan edilmədən buraxılıb. Hazırda 8 nəfər həbsdədir.
Dünən polisin Mançesterdəki terror aktı ilə əlaqədar 8-ci şübhəlini saxladığı bildirilirdi.
A.S.
www.oxu.az