İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün 4-cü turunda "Mançester Yunayted" və "Mançester Siti" komandaları arasında keçirilən oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, "şəhərlilər" "Old Trafford" stadionunda 0:1 hesabı ilə qalib gəliblər. Baş hakim funksiyasını Maykl Oliver yerinə yetirib.
23-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Fil Foden qırmızı vərəqə alıb. 60-cı dəqiqədə Erlinq Holand oyunda yeganə qolu vurub.
Bu oyundan sonra "Mançester Yunayted" dörd xalla APL-in turnir cədvəlində 13-cü yerdədir. 12 xalı olan "Mançester Siti" isə ikinci pillədə qərarlaşıb.
Növbəti turda "qırmızı şeytanlar" sentyabrın 20-də "Fulhem"lə qarşılaşacaqlar, "şəhərlilər" isə həmin gün "Sanderlend"lə oynayacaqlar.