İngiltərə Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Çelsi" səfərdə "Bornmut"un qonağı olub.
"Zadəganlar" meydan sahibləri ilə qolsuz heç-heçəyə razılaşıblar - 0:0.
Doğma azarkeşləri önündə "Sanderlend"i qəbul edən "Mançester Siti" rəqibə şans verməyib. "Şəhərlilər" üç cavabsız qolla qalib gəliblər - 3:0.
Hazırda Pep Qvardiolanın yetirmələri 31 xalla yarış cədvəlində ikinci, "Çelsi" isə 25 xalla dördüncü pilləni tutur.
"Mançester Siti" qələbə qazandı, "Çelsi" bir xalla kifayətləndi