Beş il "Mançester Siti"nin uğurları üçün tər tökən portuqaliyalı müdafiəçi Ruben Dias İngiltərə klubu ilə müqaviləsini uzadıb.
Oxu.Az xəbər verir ki, məlumat İngiltərə klubunun rəsmi internet saytında dərc edilib.
Məlumatda qeyd olunur ki, klub beş il əvvəl komandaya qoşulan və klubun uğurlarında böyük pay sahibi olan 28 yaşlı futbolçu ilə müqaviləni 2029-cu ilə qədər uzadıb.
Məlumat üçün əlavə edək ki, "Mançester Siti"yə "Benfika"dan gələn müdafiəçi klubun heyətində 223 oyun keçirib. O, "Mançester Siti" ilə Premyer Liqanın, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və FIFA Klublararası dünya çempionatının qalibi olub.