Türkiyədə Qurban bayramı ilə əlaqədar vətəndaşlara maraqlı bir xidmət göstəriləcək.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Melikqazi Bələdiyyəsi tərəfindən təşkil olunacaq xidmətə əsasən, “Alo, qurbanım qaçdı” xidməti xətti fəaliyyət göstərəcək.
Qurbanlıqları qaçan şəxslər üçün köməklik ediləcək və heyvanın tutulması üçün axtarış tədbirləri görüləcək. Qaçan qurbanlıqları tutmaq üçün təşkil olunmuş komanda heyvanları dərmanlı iynə atan silahla təsirsiz hala gətirərək sahibinə təslim edəcək.
Beləcə qəzaların və Qurban bayramı zamanı yaralanmaların qarşısı alınmış olacaq.