Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mariupolda döyüş gedir - VİDEO
Polşa jurnalisti Pyotr Andruseçko Facebook-da öz hesabında Novoazovsk tərəfindən Mariupolda atəş səsləri haqqında yazıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına, Mariupolun müdafiəsinin qərargahından izah ediblər ki, Mariupolun ətrafında döyüş getdiyindən atəşlər eşidilən ola bilər. Novoazovsk tərəfindən bir neçə tank şəhərə tərəf hücüm cəhdləri edib. Onların qarşısı alınıb. Həmçinin müdafiə qərargahından bildiriblər ki, Bezımennoe kənd ərazisində döyüşlər gedir.
Mariupolda yerləşən “Azov” batalyonunun döyüşculəri ehtimal edir ki, bu xırda hücümlar Rusiya qoşunları və terrorçular tərəfindən qorxutmaq məqsədini güdür. Ehtimal olunur ki, bu hərəkət Mariupolda bugünkü mitinqi pozmaq cəhdidir. “Əgər hücum olarsa, bir neçə saata rəqib yerində otuzdurulacaq”, - “Azov” rəhbərliyi bildirib.
Təxminən iki saat əvvəl Mariupola yaxın Bezımennoedə Rusiya artilleriyası Ukraynanın silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Bu haqda Ukrayna ordusunun mətbuat mərkəzi bildirib.
Ukrayna hərbçiləri üzərində zenit quraşdırması olan “Ural” avtomobilini məhv edib.
Daha əvvəl Britaniya jurnalistləri Mariupolun yanında Rusiya qoşunlarının videosunu göstəriblər.

"Polşa" teqi üzrə xəbərlər
- Polşa Avropada ən böyük enerji anbarının tikintisinə başladı
- Polşa prezidentliyinə namizəddən LGBT sərgisinə etiraz: "Pozğunluğun təbliğatına son qoyun!"
- Baltikyanı ölkələr Ottava Konvensiyasından çıxdılar
- Polşa Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılmasını alqışlayır
- Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı