Puerto-Rikoda “Mariya” qasırğasının qurbanlarının sayı 34-ə çatıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, əvvəl 16 nəfərin qasırğanın qurbanı olduğu bildirilirdi. Son məlumatda isə itkilərin sayının 2 dəfədən çox artdığı məlum olub.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Puerto-Rikoya gəlib. O, səfəri zamanı qasırğadan zərər çəkənlərə humanitar yardım göstərib.
A.S.
www.oxu.az